Hindistan ABŞ sanksiyaları halında Rusiya neftindən imtina etməyə hazırdır

Hindistan neft tədarükü ilə bağlı gələcək sanksiyalara qarşı ehtiyat planlarını hazırlayıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin neft naziri Hardip Singh Puri, ABŞ-nin Rusiyadan neft alanlara qarşı sanksiyalar tətbiq edə biləcəyi təqdirdə, Hindistanın bu vəziyyətdən çıxış yoluna sahib olduğunu bəyan edib. O qeyd edib ki, əgər ABŞ-nin prezidenti Donald Trampın bəyan etdiyi kimi, Rusiyadan neft alanlara qarşı sanksiyalar tətbiq olunarsa, Hindistan bu vəziyyətdən təsirlənməyəcək: “Mən ümumiyyətlə narahat deyiləm. Əgər nəsə baş versə, bunun öhdəsindən gələcəyik”,
Puri qeyd edib ki, Hindistan hazırda Qayana, Braziliya və Kanada daxil olmaqla 40-dan çox təchizatçı ölkə ilə əməkdaşlıq edir və bu ölkələr Rusiya neftinin yerini tuta bilər.
Reuters agentliyinin məlumatına görə, 2025-ci ilin ilk yarısında Rusiya Hindistanın ən böyük neft tədarükçüsü olaraq qalmaqda davam edib və ümumi idxalın 35%-i Rusiyadan gəlib. Hindistanın Rusiya neftinə üstünlük verməsinin əsas səbəbi isə bu ölkənin tətbiq olunan Qərb sanksiyalarına görə verdiyi əhəmiyyətli endirimlərdir — bu endirimlər bəzən hər barel üçün 15–20 ABŞ dollarına qədər yüksəlir.
Fidan Qarayeva
21:33 17.07.2025
Oxunuş sayı: 694