ABŞ Dövlət Departamenti: "Top indi İranın meydançasındadır"

Dünən ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus, prezident Donald Trampın son açıqlamalarını şərh edərkən Vaşinqtonun İranla bağlı siyasətində dəyişiklik olmadığını bildirib. Brus qeyd edib ki, ABŞ diplomatik yollarla problemi həll etməyə sadiq qalır və qərar vermək növbəsi artıq İran tərəfinə çatıb.
Bu barədə Crossmedia.az “Fox News”a istinadən xəbər verir ki, "ABŞ administrasiyasının diplomatiya yürütmək siyasəti dəyişməyib və top indi İslam Respublikasının meydançasındadır", – deyə sözçü vurğulayıb.
O, habelə ABŞ-nin İranda yerləşən bəzi nüvə obyektlərinə qarşı həyata keçirdiyi son hava zərbəsini də xatırladaraq bildirib: "Baş verənlər fonunda, İranın uyğun addım atacağına ümid edirik".
20:57 17.07.2025
Oxunuş sayı: 596