İsrailli nazirdən çağırış: prezident Əhməd-əş-Şaara məhv olunmalıdır

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaaranın məhv edilməsinə çağırış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Nazir videomüraciətində bildirib ki yəhudi dövləti Əş-Şaaranı və radikal qrupları aradan qaldırmalıdır: “Oraya çıxan dəhşətli kadrlardan bir həqiqət aydın olur: bir dəfə cihadçı olan, həmişə cihadçı qalır. Qatil, bığını qırxan, alçaldan və zorlayanlarla danışıqlar aparmaq olmaz, onların yeganə aqibəti Əl-Colaninin aradan götürülməsi olmalıdır”.
Ben Qvir əlavə edib ki, İsrail ilanın başını məhv etməlidir.
Onun bu açıqlamalarının bölgədə gərginliyi daha da artıracağı ehtimal olunur.
Nigar Rəhimova
17:42 17.07.2025
Oxunuş sayı: 898