Mironov: "Şıxlinskinin oğlu mənim istəyimlə saxlanılıb"

Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov bildirib ki, Yekaterinburqda saxlanılan Mutvali Şıxlinski onun müraciəti və xahişi ilə tutulub. Mutvali Şıxlinski Azərbaycan diasporunun yerli rəhbəri Şahin Şıxlinskinin oğludur.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki,Mironov həmçinin qeyd edib ki, onun müraciəti əsasında Moskvadakı "Sadovod" və "Food City" ticarət mərkəzlərində də araşdırmalar aparılır. Bu obyektlərin Qod Nisanova məxsus olduğu bildirilir.Deputat nəticələri gözlədiyini vurğulayıb.
Nigar Rəhimova
15:58 17.07.2025
Oxunuş sayı: 1075