Lənkəranda çimərliklərin təhlükəsizliyi müzakirə olundu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Xanbulan kənd inzibati dairəsi üzrə nümayəndəliyində müşavirə keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Tədbirdə yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.
Müşavirədə rayon ərazisindəki çimərliklərdə keçirilmiş monitorinqin nəticələri, mövcud vəziyyət, eləcə də çimərliklərdə təhlükəsizlik qaydaları barədə tədbir iştirakçıları geniş məlumatlandırılıb.
Tədbirdə, həmçinin çimərliklərin vəziyyəti, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub.
19:48 24.06.2025
Oxunuş sayı: 509