Halk TV-yə qəyyum təyin edildi - 11 şəxs həbs olundu
İstanbul Baş Prokurorluğu tərəfindən Cafer Mahiroğluna qarşı "rüşvət", "tender saxtakarlığı" və "cinayət yolu ilə əldə edilən aktivlərin yuyulması" ittihamları irəli sürülüb.
Crossmedia.az xəbər verir ki, eyni vaxtda keçirilən əməliyyatda 17 şübhəli haqqında həbs qərarı verilib və 11 şübhəli saxlanılıb.
Səhər saatlarında eyni vaxtda keçirilən əməliyyatda 11 şübhəli nəzarətə alınarkən, TMSF (Türkiyə Xəzinə və Maliyyə Nazirliyi) isə Halk TV və Mahiroğlu ilə əlaqəli digər şirkətlərə müvəkkil təyin edilib.
İstintaq çərçivəsində nəzarətə alınan şübhəlilərin Harika Akkaya, Hasan Özdemir, İbrahim Özdemir, Armağan Küçük, Mustafa Özdemir, Halit Akın, Ali Turan, Mediha Burumoğlu, Murat Koçak, Erkan Yağcı və Süleyman Özen olduğu öyrənilib.
İstintaqda əldə edilən məlumatlar şübhəlilər Cafer Mahiroğlu, Hakan Arıcan, Mehmet Necati Yağcı və Sevim Kulun xaricdə, şübhəli Doruk Bulutun başqa bir cinayətə görə həbsxanada, şübhəli Fatih Yadoğlunun isə fərari olduğunu göstərilir.
Halk TV-yə qəyyum təyin edilən şəxs İbrahim Paşalıdır (şəkildə). O, radio verilişlərində səsləndirdiyi şeirlərlə tanınır. (Musavat.com)
19:34 14.10.2026
Oxunuş sayı: 61