Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb


Mayın 21-də Düşənbədə Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu barədə Crossmedia.az-a Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Sənədi Tacikistan Milli Kitabxanasının direktoru Cumaxon Farzalizoda və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov imzalayıblar.
Memoranduma əsasən, iki ölkənin Milli kitabxanaları arasında qarşılıqlı fəaliyyət və kitab mübadiləsi həyata keçiriləcək.
Eləcə də bu fəaliyyətin bir hissəsi kimi Tacikistanın və Azərbaycanın görkəmli şəxslərinin yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.
10:01 22.05.2025
Oxunuş sayı: 896