Bakıda V Autizm Festivalı keçiriləcək

17 may 2025-ci il tarixdə Bakı şəhəri Fəvvarələr meydanında V Autizm Festivalı təşkil olunacaq.
Crossmedia.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyasının və Azfest Group-un təşkilatçılığı ilə baş tutacaq.
Festivalla bağlı məlumatı təşkilat komitəsinin sədri Elnur Məmmədli verib. Onun sözlərinə görə, tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini autizm probleminə yönəltmək və bu sahədə fəaliyyət göstərən qurumların işini geniş auditoriyaya təqdim etməkdir.
Festivalda autizm sahəsində çalışan təşkilatlar öz fəaliyyətlərini nümayiş etdirəcək, eyni zamanda autizmli uşaqlar və onların ailələri də tədbirə qatılacaq.
Tədbir səhər saat 10:00-da başlayacaq və axşama qədər davam edəcək. Giriş ödənişsizdir.
10:10 16.05.2025
Oxunuş sayı: 1077