Peskov açıqladı, Rusiya geri çəkilir?- ŞƏRH

Kremlin sözçüsü Dmitri Peskov Rusiya tərəfinin Ukrayna ilə birbaşa danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb, lakin bunun üçün Kiyevdən siqnal gözlədiklərini bildirib. Peskov Ukraynanın hüquqi əngəlləri aradan qaldırmasının vacib olduğunu və yalnız bundan sonra danışıqların mümkün ola biləcəyini qeyd edib. O, həmçinin vurğulayıb ki, Rusiya öz mövqeyini heç bir halda dəyişməyəcək və münaqişənin həlli üçün konkret şərtlərin yerinə yetirilməsini gözləyir. Bu açıqlama, Ukrayna ilə mümkün olan diplomatik həllin hələ də uzaq olduğunu göstərir. Peskov Rusiyanın sülhə hazır olduğunu, lakin bu prosesin yalnız Ukraynanın lazımi addımları atmasından sonra mümkün olacağını əlavə edib.
Mövzu ilə bağlı hərbi - siyasi ekspert Həşim Səhrablı Crossmedia.az-a açıqlama verib.
O bildirib ki, Kreml sözçüsünün bu açıqlamaları sürpriz deyil: “Rusiya sülhə hazır olduğu və danışıqlara açıq olduğu ilə bağlı əvvəllər də bəyanatlar verib. Peskov danışıqların başlamamasının səbəbini Ukraynanın hüquqi əngəllər yaratması ilə izah edir. Lakin, hüquqi əngəl aradan qaldırılsa da, Rusiya tərəfi danışıqlarda heç bir konkret irəliləyişə getməyəcək, Moskva öz pozucu əməllərindən əl çəkməyəcək.
Rusiya tərəfinin beynəlxalq hüquq və ölkələrin ərazi suverenliyini pozur, Ukraynanın tanınan sərhədlərinə müdaxilə edir. 2014-cü ildə Krım, sonra isə dörd vilayət işğal olunub. Ukrayna haqlı olaraq bu ərazilərin işğaldan azad edilməsi şərtini irəli sürür.
Rusiya tərəfi Ukraynanın ərazi bütövlüyünü tanımır. Münaqişə davam edərsə, nəticədə Ukraynanın barışmaqdan imtina etməsi və razılaşmaması ilə nəticələnəcək bir geosiyasi vəziyyət yaranacaq. Rusiya bu vəziyyətdə öz maraqlarını təmin etməyə çalışır. Bu, yalnız Rusiyanın hərbi məğlubiyyətə uğraması ilə dəyişə bilər”.
Ekspert əlavə etdi ki, Rusiya, dəyişən dünya siyasətində öz yerini qorumaq üçün sərhədlərindən kənar məsələlərə müdaxilə etməlidir: “Bu, Afrikaya, Latın Amerikasına və Şərqi Okean hövzəsinə təsir etmək deməkdir. Lakin Ukrayna münaqişəsi Rusiyanın bu istiqamətdə diqqətini yayındırır və Moskva, dünya siyasətində öz maraqlarını reallaşdırmaqda çətinliklərlə üzləşir. Son
üç ildə Rusiya və Çinin arasındakı mübarizə güclənib. Avropa və Yaxın Şərqdə isə Rusiyanın ABŞ və Türkiyə ilə əlaqələrində geriləyib. Afrika siyasətində Çin və ABŞ arasında gərginlik davam edir, lakin Rusiya bu mübarizəyə müdaxilə edə bilmir.
Ukraynaya beynəlxalq dəstək hələ də davam edir. Fransanın, Böyük Britaniyanın və İtaliyanın Ukraynanı yalnız buraxmaması Rusiyanın qarşısında əlavə çətinliklər yaratdığını söylədi. Bu da Rusiya üçün əlavə enerji sərfiyyatına və dünyada mövqeyinin zəifləməsinə səbəb olur”.
Fatimə Nəbiyeva
18:45 28.04.2025
Oxunuş sayı: 830