Türkiyə ilin sonuna qədər Ukraynadakı münaqişənin həllində irəliləyiş gözləyir -XİN

Türkiyə 2025-ci ilin sonuna qədər Ukraynadakı münaqişənin həllində irəliləyiş gözləyir. Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan "Ülke TV" televiziya kanalında proqram zamanı deyib.
"[İstanbulda] [Rusiya və Ukrayna] nümayəndə heyətləri arasında mühüm danışıqların üç raundu keçirilib. Türkiyə Rusiya ilə Ukrayna arasında müharibənin sona çatması üçün lazımi töhfəni verməyə hazırdır və ilin sonuna qədər bu istiqamətdə müsbət addımlar gözləyir", - deyə H.Fidan bildirib.
07:38 19.10.2025
Oxunuş sayı: 1531