Lənkəranda dəhşətli qəza- ölən və yaralananlar var
Lənkəranda tır mikroavtobus ilə toqquşub, ölən və yaralananlar var.
Crossmedia.az, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Astara istiqamətində hərəkətdə olan 99-SU-026 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobus İran İslam Respublikasına gedən yük avtomobilinə (TIR) çırpılıb. İlkin məlumata görə ölən və yaralananlar var.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə, iki nəfər həlak olub. Yaralılardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
23:31 16.09.2026
Oxunuş sayı: 60