Politoloq ABŞ-nin qlobal dominantlıq dövrünün başa çatdığını bildirib
ABŞ-nin qlobal arenadakı dominantlıq dövrünün başa çatdığı iddia edilib.
Crossmedia.az xəbər verir ki, politoloq Phillips Payson O’Brien “The Atlantic” jurnalında dərc olunan məqaləsində ABŞ-ın İranı məğlub etmək üçün malik olduğu hərbi imkanların yetərli olmadığını yazıb. Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələri hətta texnoloji baxımdan daha zəif rəqibin hücumlarından bəzi əsas obyektlərini qorumaqda çətinlik çəkir.
Məqalədə həmçinin ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarının İranın raket və pilotsuz uçuş aparatlarının hücumlarından zərər görməsi, silah-sursat ehtiyatlarının azalması və hərbi-logistika imkanlarına təzyiqin artması qeyd olunur.
23:41 16.09.2026
Oxunuş sayı: 53