ABŞ kosmik silah yerləşdirdiyini açıqlayıb
ABŞ Yer orbitində kosmik silah yerləşdirdiyini açıqlayıb. Vaşinqtonun açıqlamasına görə, orbitdə yerləşdirilən silah ABŞ qüvvələrini mümkün düşmən hücumlarından qorumaq məqsədi daşıyır.
Crossmedia.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meink silahın imkanları və nə vaxt orbitə çıxarıldığı barədə ətraflı məlumat verməyib. Kosmosda hərbi fəaliyyətlərin yeni olmadığını bildirən BBC qeyd edir ki, Sovet İttifaqı hələ 1960-cı illərin sonlarında digər peykləri məhv etmək üçün nəzərdə tutulan “İstrebitel Sputnikov” proqramını həyata keçirib.
Hazırda hərbi məqsədlər üçün peyklər kəşfiyyat, təhlükəsiz rabitə, raket buraxılışlarının aşkarlanması və dəqiq mövqeləndirmə kimi müxtəlif funksiyalarda istifadə olunur. Analitiklər texnologiyanın inkişafı ilə kosmosda hərbi vasitələrin istifadəsinin daha da artacağını gözləyirlər.
04:53 17.09.2026
Oxunuş sayı: 70