Kiyevdə Olena Zelenskinin fondunun anbarı məhv edilib
Kiyevdə Olena Zelenskinin fonduna məxsus humanitar yardım anbarının Rusiya hücumu nəticəsində tamamilə məhv edildiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, fondun məlumatına görə, anbarda generatorlar, məişət texnikası, noutbuklar, planşetlər, elektron kitablar və tibbi avadanlıqlar saxlanılıb. Hadisə zamanı anbarda olan şəxslərdən heç birinin xəsarət almadığı qeyd edilib.
Bildirilib ki, məhv edilən humanitar yardım Ukraynanın müxtəlif bölgələrində uşaqlara, ailələrə və müəssisələrə çatdırılmalı idi. Fond logistika prosesini yenidən qurduğunu və yardımların çatdırılmasını davam etdirəcəyini açıqlayıb
23:50 16.09.2026
Oxunuş sayı: 44