Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bu ilin ilk doqquz ayında Gürcüstandan 27 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.
Hesabat dövründə qonşu ölkədən Azərbaycan vətəndaşları ən çox 16 nəfər olmaqla II rübdə çıxarılıb. Birinci rübdə 4 nəfər, üçüncü rübdə isə 7 nəfər Azərbaycan vətəndaşı Gürcüstandan qovulub. Həmin şəxslərin 19-u kişi, 8-i isə qadındır.
Yanvar-sentyabrda Gürcüstanda deportasiyaya məruz qalmış əcnəbilərin ümumi sayı 851 nəfər təşkil edir. Ölkədən ən çox çıxarılan əcnəbilərin ilk üçlüyündə Hindistan (166 nəfər), İran (128) və Türkiyə (81 nəfər) vətəndaşları yer alıb.
Qeyd edək ki, Gürcüstandan əcnəbilərin çıxarılmasının səbəbi onların ölkədə müvəqqəti olma müddətinin vizada göstərilən qalma müddətindən artıq olmasıdır.(APA)
22:13 18.10.2025
Oxunuş sayı: 794