"Taxtakörpü" su anbarında batan şəxsin meyiti çıxarılaraq təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə "Taxtakörpü" su anbarında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
22:05 18.10.2025
Oxunuş sayı: 1031