Premyer Liqa: "Sumqayıt" "Karvan-Yevlax"ı məğlub edib

Milsi Premyer Liqasının VIII turunda "Sumqayıt" "Karvan-Yevlax"ı məğlub edib.
Crossmedia.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Sumqayıt"dan Ronaldo Vaskez (12-ci dəqiqə), Aleksandr Ramalinqom (54 və 65-ci dəqiqələr, hər ikisi penaltidən) və Aleksa Yankoviç (59-cu dəqiqə) fərqləniblər. "Karvan-Yevlax"ın qolunu isə 43-cü dəqiqədə Coy Sleyd Mikels vurub.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Kəpəz" "Şamaxı"nı (4:1), "Qarabağ" "Turan Tovuz"u (2:1) məğlub edib. "İmişli" - "Qəbələ" görüşündə isə bərabərlik qeydə alınıb - 2:2. VIII tura oktyabrın 19-da yekun vurulacaq.
19:57 18.10.2025
Oxunuş sayı: 1774