Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti oyunlar keçirilib

Bakıda təşkil olunan amputant futbolu üzrə Millətlər Liqasının C qrupunda növbəti oyunlar keçirilib.
Crossmedia.az xəbər verir ki, Ukrayna millisi Niderland (2:1) və Belçika (4:0) komandalarını üstələyib.
Niderland millisi həmçinin İsraillə heç-heçə edib - 0:0.
Bu gün baş tutan görüşdə Azərbaycan - İsrail görüşü də qolsuz bərabərliklə yekunlaşımışdı.
Bu nəticələrdən sonra Ukrayna millisi 6 xalla qrup lideridir. İsrail (5 xal) ikinci, Niderland (4 xal) üçüncü, Azərbaycan (4 xal) 4-cü pillədə qərarlaşıb. Xalı olmayan Belçika millisi isə sonuncu - 5-ci yerdədir.
Bombardirlər siyahısında isə Fərhad Əyyubov (Azərbaycan), Rikardo Yas, Leroy Pelzer (hər ikisi Niderland) və Dmitri Şkexelski (Ukrayna) yer alıb. Hər futbolçunun hesabında 2 qol var.
Qeyd edək ki, turnirin oyunları "Bayıl Arena"da təşkil olunur. Qrupun son matçları və mükafatlandırma mərasimi oktyabrın 19-da keçiriləcək.
20:51 18.10.2025
Oxunuş sayı: 1165