İran XİN: 2231 saylı qətnamə artıq qüvvədə deyil

İran Xarici İşlər Nazirliyi bildirib ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi və Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) müddəti rəsmi şəkildə sona çatıb. Nazirliyin açıqlamasına görə, oktyabrın 18-dən etibarən İranın nüvə proqramı ilə bağlı məsələ artıq Təhlükəsizlik Şurasının gündəliyində yer almamalıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə xariic KİV məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, Böyük Britaniya, Fransa və Almaniyanın mübahisələrin həlli mexanizmini işə salmaq və sanksiyaları bərpa etmək cəhdləri “qanunsuz və hüquqi əsasdan məhrum” addımlar kimi qiymətləndirilir. İran bu ölkələrin bu istiqamətdəki fəaliyyətini ABŞ-nin təzyiqlərinin nəticəsi adlandırıb.
Tehran BMT-yə üzv dövlətləri ləğv olunmuş qətnamələrin bərpası ilə bağlı iddiaları rədd etməyə və 2231 saylı qətnamənin qüvvəsinin bitdiyini tanımağa çağırıb.
Bundan başqa, İran Xarici İşlər Nazirliyi Çin, Rusiya, Əlcəzair, Pakistan, Cənubi Koreya və Qayanaya — üç Avropa ölkəsinin mövqeyinə qarşı çıxdıqları və ya onu dəstəkləmədikləri üçün təşəkkürünü bildirib.
Türkanə Məşədiyeva
22:07 18.10.2025
Oxunuş sayı: 894