Ağır tənqidlər münasibətləri gərginləşdirir: Mirzoyan Rusiyanı ittiham etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın informasiya siyasətindən narazılığını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Mirzoyanın sözlərinə görə, rusiyalı siyasətçilər, deputatlar, ekspertlər və media nümayəndələri vaxtaşırı Ermənistanı, onun hökumətini və demokratik qərarlarını sərt şəkildə tənqid edirlər.
“Rusiya mediasında və bəzi siyasi dairələrdə Ermənistana qarşı aparılan bu təbliğat hücumları ölkələr arasında anlaşılmazlığı və fikir ayrılıqlarını daha da dərinləşdirir. Biz bu məsələni rusiyalı həmkarlarımızın diqqətinə çatdırmışıq”, – deyə Mirzoyan vurğulayıb.
Fatimə Məmmədova
21:31 18.10.2025
Oxunuş sayı: 1168