Turan agentliyi yanlış məlumata görə üzr istədi

Turan informasiya agentliyi "Azərbaycanın prezident təyyarəsi Rusiyada GPS problemi ilə üzləşdi, araşdırma təsdiqləyir" başlıqlı məqalə dərc edib.
Bu barədə Crossmedia.az xəbər verir.
Məqalədə iddia olunurdu ki, Azərbaycanın prezident təyyarəsi "Bakı-1" dekabrın 25-də Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinə uçuş zamanı texniki maneələrlə qarşılaşıb.
Lakin agentlik sonradan açıqlama verərək bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.
Bildirilib ki, məqalə rəsmi araşdırmaya və ya dəqiq faktlara əsaslanmır, müəlliflərin 25 dekabr 2025-ci ildə AZAL təyyarəsinin Qroznı üzərində yaşadığı insident fonunda verdiyi şərhlərdən ibarətdir.
Qeyd edək ki, Turan agentliyi səhvə görə oxucularından üzr istəyib.
Fatimə Məmmədova
09:13 08.02.2025
Oxunuş sayı: 9912