ABŞ-də İran rəhbərliyinə qarşı yeni hərbi əməliyyat ssenarisi müzakirə olunur
ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyinin aradan götürülməsi ilə bağlı əmr verə biləcəyi ehtimalı Vaşinqtonda müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın “İnsayder UA” Telegram kanalında da paylaşılıb.
Məlumata görə, ABŞ-da müzakirə olunan mümkün hərbi ssenarinin tərəfdarları hesab edirlər ki, İran rəhbərliyinin aradan götürülməsi Tehranın müharibəni Vaşinqtonun şərtləri əsasında başa çatdırmasına səbəb ola bilər.
Lakin bu təşəbbüsün əleyhdarları belə bir addımın sülh danışıqlarını poza biləcəyi barədə xəbərdarlıq edirlər.
Qeyd olunur ki, Donald Tramp hələlik məsələ ilə bağlı yekun qərar qəbul etməyib.
22:54 25.11.2026
Oxunuş sayı: 37