NATO baş katibi Rusiyanı üç ölkəyə hücumda ittiham edib
NATO-nun baş katibi Mark Rutte Rusiyanın müxtəlif illərdə Əfqanıstan, Gürcüstan və Ukraynaya hücum etdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
Rutte bildirib ki, Rusiya heç vaxt NATO üzvü olan ölkələrə hücum etməyib. Bununla belə, onun sözlərinə görə, Moskva 1979-cu ildə Əfqanıstana, 2008-ci ildə Gürcüstana, 2014-cü ildə isə Ukraynaya qarşı hərbi əməliyyatlar həyata keçirib.
NATO rəhbəri alyansın hərbi gücünü xüsusi vurğulayaraq bildirib ki, NATO son dərəcə güclüdür və mövcud dünya güc amilinə əsaslanır.
Qeyd edək ki, noyabrın 23-də Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiyanın 100 ildir Qərb ölkələrini təhdid etdiyini iddia etmişdi.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Kaya Kallas Rusiyanın son 100 ildə azı 19 ölkəyə hücum etdiyini bildirmişdi.
22:01 25.11.2026
Oxunuş sayı: 41