Rusiya 20 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb
Rusiya hava hücumundan müdafiə qüvvələri bir gün ərzində ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus 20 pilotsuz uçuş aparatını (PUA) vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatı “TASS” informasiya agentliyi yayımlayıb.
22:02 25.11.2026
Oxunuş sayı: 38