Boçorişvili: Azərbaycanla strateji tərəfdaşlığımız daha böyük əhəmiyyət kəsb edir
Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və iki ölkə uzun müddətdir regional əhəmiyyətli layihələri birgə həyata keçirir.
Crossmedia.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Birinci kanalın “Günün mövzusu” proqramına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, qlobal çağırışlar və mövcud geosiyasi reallıqlar fonunda Gürcüstan-Azərbaycan münasibətlərinin dinamikası və potensialı daha böyük əhəmiyyət kəsb etməyə başlayıb.
“Hazırkı geosiyasi reallıqda iki ölkə arasında müntəzəm fikir mübadiləsi və müxtəlif məsələlər üzrə davamlı əməkdaşlıq xüsusilə vacibdir. Azərbaycanla strateji tərəfdaşlığımız məzmunca zəngindir və intensiv siyasi dialoqu əhatə edir”, – deyə Boçorişvili vurğulayıb. (APA)
22:37 25.11.2026
Oxunuş sayı: 41