Xarici peyk xidmətləri Yunanıstanda müzakirə mövzusu olub
Yunanıstanın müdafiə naziri Nikos Dendias böhran vəziyyətində ölkənin rabitə sisteminin xarici şirkətə məxsus peykdən asılı olmasını qəbuledilməz hesab etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, nazir bu barədə açıqlamasında danışıb.
Dendiasın sözlərinə görə, ölkənin böhran dövründə rabitəsinin başqa dövlətə məxsus özəl şirkətin peykindən asılı olması XXI əsr üçün uyğun həll yolu deyil. O, həmçinin geniş ərazinin peyk görüntüsünü əldə etmək üçün xarici təchizatçıdan 24 saat gözləməyin qəbuledilməz olduğunu vurğulayıb.
16:37 10.11.2026
Oxunuş sayı: 79