Qubada gənc oğlan dəm qazından zəhərlənərək ölüb
Quba rayonunun İkinci Nügədi kəndində dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.
Crosssmedia.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Rəhim Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib.
Hadisənin başvermə səbəbləri araşdırılır.(APA)
14:46 10.11.2026
Oxunuş sayı: 98