Məktəblərdə payız tətili bu tarixdə başlayır
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili noyabrın 16-da başlayacaq.
Crossmedia.az xəbər verir ki, tətil noyabrın 20-dək davam edəcək.
Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir.
Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-ü olacaq.
11:21 10.11.2026
Oxunuş sayı: 119