NATO təlimində insident: Latviyada italyan hərbçilər...
Latviyada keçirilən NATO hərbi təlimləri zamanı insident baş verib. Hadisə nəticəsində İtaliya Silahlı Qüvvələrinin 4 hərbçisinin yaralandığı bildirilir.
Crossmedia.az xəbər verir ki, Almaniyanın “Spiegel” nəşrinin məlumatına görə, yaralanan hərbçilərdən birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisənin NATO-nun Latviyada keçirdiyi təlimlər zamanı baş verdiyi qeyd olunur. Yaralanan hərbçilərə tibbi yardım göstərildiyi və hadisənin səbəblərinin araşdırıldığı bildirilir.
İnsidentlə bağlı əlavə təfərrüatlar və rəsmi açıqlamalar gözlənilir.
14:45 26.09.2026
Oxunuş sayı: 36