Dünya yeni pandemiya gəlir? - BUNA HAZIRIQMI?
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus yeni respirator patogenin COVID-19 pandemiyasına bənzər qlobal nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, ÜST rəhbəri bildirib ki, növbəti pandemiyanın baş verib-verməyəcəyi deyil, onun nə zaman baş verəcəyi əsas sualdır.
Tedros Adhanom Qebreyesusun sözlərinə görə, dünyada yoluxucu xəstəliklərin yayılması riski daim mövcuddur və ölkələr mümkün yeni epidemiyalara qarşı hazırlıqlı olmalıdır.
ÜST rəhbəri həmçinin Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyasının diqqət çəkdiyini qeyd edib. Onun sözlərinə görə, bu cür xəstəlik ocaqları epidemiyaların istənilən vaxt və istənilən yerdə yarana biləcəyini göstərir.
Bildirilib ki, yoluxucu xəstəliklər yalnız yerli icmalar üçün deyil, qonşu ölkələr və bütövlükdə dünya üçün təhlükə yarada bilər.
14:37 26.09.2026
Oxunuş sayı: 52