Rayonlarda yağıntılı hava müşahidə olunur
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
Crossmedia.az xəbər verir ki,Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Quba və Qusarda arabir yağış yağır.
Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 25, Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalanda 18, Şirvan, Culfada 17 m/s-yə çatır.
19:23 25.09.2026
Oxunuş sayı: 40