II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd imzalanıb
Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində 11 sənəd imzalanıb.
Crossmedia.az xəbər verir ki, bunlar aşağıdakılardır:
Tikinti və inkişaf sahəsində əməkdaşlıq - Anar Axundov (iqtisadiyyat nazirinin müavini) və Ta Ngoc Da ("ROX Group" Səhmdar Cəmiyyətinin Baş icraçı direktorunun müavini) imzalayıb;
Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üzrə əməkdaşlıq - Azər Bayramov (iqtisadiyyat nazirinin müavini) və Qabriela Popesku ("Microsoft Romania, Moldova & CIS" şirkətinin Baş meneceri) imzalayıb;
Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq - Elnur Soltanov (energetika nazirinin müavini) və Pham Minh Tuan ("Energy Companies – ROX Group" İcraiyyə Şurasının sədri) imzalayıb;
Yeni texnologiyalar əsasında Silisium Karbid, Silisium Oksid və Silisium İstehsalı - Valeh Ələsgərov (Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri) və Vitali Yevdokimenko ("Inoyest AFEZCO"nun təsisçisi) imzalayıb;
ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihələri - Seymur Orucov (Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı) və Zoltan Peter Ştuxlik ("iCsquared GmbH", İsveçrə şirkətinin nümayəndəsi) imzalayıb.
Ağdam quşçuluq layihəsi - Ülvi Mansurov ("Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin İdarə Heyətinin sədri), Niyazi Əmirbəyov ("PAŞA Holdinq" MMC-yə məxsus "Agro Dairy" MMC-nin Baş icraçı direktoru) və Petr Çinqr ("AGROFERT, a.s." İdarə Heyətinin sədr müavini) imzalayıb;
Baytarlıq peyvəndlərinin istehsalı layihəsi - Ülvi Mansurov və Abdullah Tutak ("VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş." direktoru) imzalayıb;
Əczaçılıq istehsalı müəssisəsinin yaradılması - Ülvi Mansurov və Ondrej Draqun ("Saneca Pharmaceuticals, a.s." şirkətinin Baş maliyyə direktoru) imzalayıb;
Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun "Azər-Türk Bank" ASC-də Nəzarət Etməyən Pay Əldə Etməsi Dəyanət Sədullayev (Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifəsini icra edən) və Saif Almahrouqi (Oman İnvestisiya Qurumunun "G2G Funds" üzrə Böyük meneceri) imzalayıb;
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və "Esyasoft" şirkəti arasında əməkdaşlıq - Rövşən Nəcəf (SOCAR-ın prezidenti), Zaur Mikayılov (ADSEA-nın sədri) və Bibin Çandra ("Esyasoft"un nümayəndəsi) imzalayıb;
İnvestisiyaların təşviqi sahəsində Azərbaycan və Ukrayna arasında Əməkdaşlıq - Yusif Abdullayev (AZPROMO-nun İcraçı direktoru) və Maryna Xlistun ("UkraineInvest"in İcraçı direktoru) imzalayıb.
15:02 25.09.2026
Oxunuş sayı: 44