Marin Le Pen: Rusiya nüvə dövlətidir
Fransanın “Milli Birlik” partiyasının lideri Marin Le Pen Rusiya ilə müharibəyə qarşı olduğunu və heç bir nüvə dövləti ilə qarşıdurma istəmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Le Pen Rusiyanın nüvə dövləti olduğunu xatırladaraq Fransanın Moskva ilə birbaşa hərbi qarşıdurmaya cəlb edilməsinin əleyhinə olduğunu deyib.
“Mən yaxşı bilirəm ki, Paris salonlarında müxtəlif təkəbbürlü şəxslər Rusiya ilə müharibə aparmağın zəruriliyindən danışırlar. Mən isə heç bir nüvə dövləti ilə müharibə istəmirəm”, - Le Pen bildirib.
Onun sözləri Fransada Rusiya və Ukrayna ilə bağlı siyasət ətrafında müzakirələrin davam etdiyi bir vaxtda səslənib.
Qeyd edək ki, Le Pen və “Milli Birlik” partiyasının sədri Jordan Bardella sentyabrın 19-da yaydıqları birgə bəyanatda Rusiyanı Fransanın siyasətinə təhdid və təzyiq yolu ilə təsir göstərməyə çalışmaqda ittiham ediblər. Moskva isə bu ittihamları rədd edib.
Le Pen bundan əvvəl də Rusiya-Ukrayna münaqişəsinin daha geniş müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib və danışıqların başlanması üçün şərait yaradılmasının vacibliyini bildirib.
14:52 25.09.2026
Oxunuş sayı: 36