Tramp Si Cinpinə qartal heykəli verdi
Kolumbiya İranla diplomatik münasibətləri rəsmən kəsib.
Crossmedia.az xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb. Nazirliyin açıqlamasına görə, qərar sentyabrın 19-dan qüvvəyə minib.
Kolumbiya hökuməti qərarı milli və regional təhlükəsizlik, transmilli cinayətkarlıqla mübarizə, İran hökumətinin beynəlxalq terror qrupları və digər qruplaşmalarla ehtimal edilən əlaqələri, həmçinin Orta Şərqdəki vəziyyətlə bağlı məsələlərlə əsaslandırıb. Rəsmi açıqlamada Hörmüz boğazının blokadası və Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramını yoxlamaq imkanlarına maneələr də qeyd olunub.
Bundan əlavə, Kolumbiya İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan edib. Ölkə hakimiyyəti bu qurumla əlaqəli şəxslərin ölkəyə girişinə nəzarətin gücləndiriləcəyini açıqlayıb.
Bununla belə, diplomatik əlaqələrin kəsilməsi İranla konsulluq münasibətlərinin dayandırılması demək deyil. Kolumbiya Xarici İşlər Nazirliyi konsulluq əlaqələrinin davam etdiriləcəyini bildirib.
14:25 25.09.2026
Oxunuş sayı: 40