Qaranlıq yol faciəyə səbəb oldu: Hərbçi avtomobilin qurbanı oldu
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub.
Crossmedia.az-ın məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub.
Sakinlər hadisənin baş verdiyi ərazidə işıqlandırmanın olmadığını deyirlər.
Onların sözlərinə görə, yolun qaranlıq olması həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.
12:32 25.09.2026
Oxunuş sayı: 41