İraqın Nəcəf aeroportunda İrana uçuşlar ləğv edilib
İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb.
Crossmedia.az xəbər verir ki, məlumatı İran mediası yayıb.
Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib.
Bununla belə, bəzi aviaşirkətlərin adları hələ də Tehrandan Nəcəfə uçuş cədvəlində göstərilir, zəvvar karvanları da Nəcəfə uçuş gözləyir.
Tehranın İmam Xomeyni adına hava limanının çıxış tablosunda hələ də bəzi Tehran-Nəcəf reysləri göstərilir.
Bir neçə gün əvvəl ABŞ İranın aviasiyasına sanksiya tətbiq edib. Bu tədbirdə göstərilib ki, İrana uçuşlara yardım edəcək ölkələrə də sanksiyalar tətbiq olunacaq.
11:27 25.09.2026
Oxunuş sayı: 44