Rusiyanın yeni ağır bombardman dronu Ukrayna cəbhəsində istifadəyə verilib
Rusiya Müdafiə Nazirliyi yeni “Mangas” ağır bombardman dronunun Ukraynadakı müharibədə istifadəyə verildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Haber Global” bu barədə məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatı “Sever” qrupunun 11-ci Ordu Korpusunun bölmələri tərəfindən cəbhə tapşırıqlarının yerinə yetirilməsi zamanı istifadə olunur.
“Mangas” ağır bombardman dronunun istehsalına başlanacağı barədə ilk məlumat 2025-ci ilin sentyabrında açıqlanmışdı. Yeni sistemin cəbhədə istifadəyə verilməsi Rusiyanın pilotsuz uçuş aparatlarından istifadə imkanlarını genişləndirməsi çərçivəsində qiymətləndirilir.
04:55 25.09.2026
Oxunuş sayı: 48