Benyamin Netanyahu İranda hakimiyyət dəyişikliyi olacağını bildirib
İsrailin baş naziri Benyamin Netanyahu İranda hakimiyyət dəyişikliyinin baş verəcəyini proqnozlaşdırıb.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Netanyahu BMT Baş Assambleyasındakı çıxışı zamanı İrandakı hakimiyyətin gözləniləndən daha tez dəyişə biləcəyini deyib. O, bu dəyişikliklərin İran xalqının öz təşəbbüsü ilə baş verə biləcəyini bildirib.
Çıxışdan əvvəl bir sıra ölkələrin nümayəndə heyətləri Netanyahu tribunaya qalxmazdan əvvəl BMT Baş Assambleyasının zalını tərk edib. Netanyahu çıxışına başlamazdan əvvəl zalda qalan nümayəndələrə də oranı dərhal tərk etməyi çağırıb.
23:43 24.09.2026
Oxunuş sayı: 38