Nyu-Yorkda BMT qərargahı önündə İsrail əleyhinə aksiya keçirilib
Nyu-Yorkda BMT-nin baş qərargahı qarşısında İsrail əleyhinə etiraz aksiyası keçirilib.
Crossmedia.az xəbər verir ki, aksiya iştirakçıları İsrailin baş naziri Benjamin Netanyahunun BMT-yə səfərinə, İsrailə silah tədarükünə, eləcə də Qəzza və İrandakı müharibələrə etiraz ediblər.
Nümayişçilər aksiya zamanı “Fələstinə azadlıq” və “Bombaları deyil, insanları maliyyələşdirin” şüarlarını səsləndiriblər.
21:57 24.09.2026
Oxunuş sayı: 40