Polşada Starlink stansiyasında yanğın baş verib
Polşanın Vola-Krobovska yaşayış məntəqəsində Ukraynaya internet bağlantısının təmin edilməsində istifadə olunan Starlink yerüstü stansiyasında yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “RMF24” məlumat yayıb.
Sentyabrın 23-də axşam saatlarında baş verən yanğın nəticəsində elektrik paylayıcı qurğu, generator və antenalara aid bəzi avadanlıqlar zədələnib.
Polşa hüquq-mühafizə orqanları yanğının qəsdən törədilmiş ola biləcəyini araşdırır. Hadisə ilə bağlı prokurorluq tərəfindən istintaq başladılıb.
İlkin məlumatlara görə, hadisə yerində yanıcı maddənin olduğu şüşə qab da aşkarlanıb. Bununla yanaşı, elektrik sistemində qısaqapanma ehtimalı da araşdırılır.
Ukraynada isə internet provayderi UTELS-in sahibi Aleksandr Polyudov telekommunikasiya infrastrukturuna dəyən zərər fonunda internet tariflərinin əhəmiyyətli dərəcədə arta biləcəyini bildirib.
20:52 24.09.2026
Oxunuş sayı: 34