Qazaxıstanda hərbçilərin ölümündən sonra matəm elan edildi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 25-ni ölkədə ümummilli matəm günü elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Qazinform” Qazaxıstan Prezidentinin Administrasiyasına istinadən məlumat yayıb.
Qərar Xəzər dənizində hərbi təlimlər zamanı hərbçilərin həlak olması ilə əlaqədar qəbul edilib.
Sentyabrın 24-də Mangistau vilayətində keçirilən təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi və güclü külək nəticəsində 19 hərbçi dənizə düşüb. İlkin məlumata görə, onlardan 9-u həlak olub, 3 nəfər xilas edilib, axtarış-xilasetmə əməliyyatı isə davam etdirilir.
Tokayev həlak olan hərbçilərin ailələrinə və yaxınlarına başsağlığı verib.
20:22 24.09.2026
Oxunuş sayı: 38