Aİ Ermənistana ticarət güzəştlərini təsdiqlədi
Avropa İttifaqı Şurası Ermənistan məhsullarının Aİ bazarına çıxışını asanlaşdıracaq müvəqqəti ticarət güzəştlərini rəsmi şəkildə təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytı məlumat yayıb.
Yeni tədbirlər Ermənistanın Aİ-yə ixracının təxminən 80 faizinə tətbiq olunan gömrük rüsumlarının liberallaşdırılmasını nəzərdə tutur. Güzəştlər kənd təsərrüfatı məhsulları da daxil olmaqla bir sıra məhsullara şamil ediləcək.
Müvəqqəti güzəşt rejimi iki il müddətində qüvvədə olacaq. Tənzimləmə Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonrakı gün qüvvəyə minəcək.
Avropa İttifaqı bu tədbirlərin Ermənistan iqtisadiyyatını dəstəkləməyə və ölkənin Aİ ilə ticarət əlaqələrini gücləndirməyə xidmət edəcəyini bildirib.
20:16 24.09.2026
Oxunuş sayı: 42