Böyük dövlətlərlə saziş bağlayan ölkələrə xəbərdarlıq edildi
Serbiya Prezidenti Aleksandar Vuçiç Qlobal Cənub ölkələrini böyük dövlətlərlə sazişlər imzalayarkən son dərəcə diqqətli olmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Tanjug” Vuçiçin BMT Baş Assambleyasındakı çıxışına istinadən məlumat yayıb.
Vuçiç bildirib ki, Serbiya 2013-cü ildə Kosovo və Metohiyada serblərlə albanlar arasındakı problemlərin kompromis yolu ilə həlli ümidi ilə Brüssel Sazişini imzalayıb.
Onun sözlərinə görə, saziş çərçivəsində Serbiyanın üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, serb bələdiyyələri birliyinin yaradılması ilə bağlı öhdəlik hələ də icra olunmayıb.
Serbiya lideri bu təcrübənin digər ölkələr üçün də dərs olduğunu deyərək böyük dövlətlərlə bağlanan razılaşmaların şərtlərinə diqqətlə yanaşmağın vacibliyini vurğulayıb.
20:10 24.09.2026
Oxunuş sayı: 36