Si Cinpin və həyat yoldaşı Ağ Evdə qarşılandı
Çin Prezidenti Si Cinpin və həyat yoldaşı Pen Liyuan ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp tərəfindən Ağ Evdə qarşılanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” Ağ Evin canlı yayımına istinadən məlumat yayıb.
Ağ Ev qarşısında Çin liderinin qarşılanması üçün fəxri qarovul dəstəsi düzülüb və binanın girişinə qırmızı xalça sərilib. Donald və Melaniya Tramp Si Cinpin və həyat yoldaşının gəlişindən qısa müddət əvvəl qarşılanma mərasiminin keçiriləcəyi əraziyə çıxıblar.
Tramp sentyabrın 24-də ABŞ-ə rəsmi səfər üçün gələn Si Cinpini təyyarənin trapında da qarşılayıb.
ABŞ və Çin liderlərinin bundan əvvəlki görüşü mayın 14-15-də Pekində keçirilib. Tramp həmin səfəri “inanılmaz” adlandıraraq tərəflərin iqtisadi sahədə bir sıra razılaşmalar əldə etdiyini bildirib.
Qeyd edək ki, Si Cinpinlə danışıqların əsas mövzusu barədə Tramp daha əvvəl açıqlama verib.
19:13 24.09.2026
Oxunuş sayı: 41