NATO Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu açıqlayıb
NATO ölkələri Ukraynada sülh razılaşması əldə olunacağı təqdirdə ölkəyə təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.
Rutte Ukrayna Prezidenti Volodimir Zelenski ilə Nyu-Yorkda keçirilən görüşdən sonra deyib ki, mümkün sülh razılaşmasının əldə olunması halında təhlükəsizlik zəmanətlərində iştirak edən bütün tərəflərin üzərinə düşən məsuliyyətlər dəqiq müəyyənləşdirilməlidir.
Onun sözlərinə görə, belə bir mexanizmdə hər bir tərəfin “kimin nəyə görə məsuliyyət daşıdığı” aydın şəkildə bilməsi vacibdir.
18:43 24.09.2026
Oxunuş sayı: 39