Azərbaycan ilə Moldova arasında əməkdaşlıq müzakirə edilib
Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev bu ölkənin kənd təsərrüfatı və qida sənayesi naziri Yevgen Osmoçesku ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ü. Baxşəliyev "X" sosial şəbəkə hesabında yazıb.
"Moldovanın yeni Kənd Təsərrüfatı və Qida Sənayesi nazirinə nəzakət ziyarəti etdim və təyinatı münasibətilə onu təbrik etdim", - o bildirib.
Görüşdə kənd təsərrüfatı və qida sənayesinə təsir göstərən əsas məsələlər barədə fikir mübadiləsi aparılıb və əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
18:10 24.09.2026
Oxunuş sayı: 39