Polşa Rusiya ilə münaqişəyə hazırlaşır
Polşanın xarici işlər nazirinin Rusiya ilə mümkün münaqişəyə hazırlaşmaq barədə açıqlaması Varşavanın təhlükəsizlik siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Novosti mail” məlumat yayıb.
Maliyyə Universitetinin dosenti, siyasi elmlər üzrə namizəd İvan Pyatibratov bildirib ki, nazir Radoslav Sikorskinin açıqlaması Polşanın Rusiyaya qarşı hazırlıq siyasətini əks etdirir. Onun sözlərinə görə, Varşava son illərdə sərhəd bölgələrinin hərbi baxımdan gücləndirilməsi və ölkəyə silah cəlb edilməsi istiqamətində addımlar atıb.
Ekspert hesab edir ki, Sikorskinin açıqlamaları Polşanın NATO və Avropa İttifaqından əlavə maliyyə cəlb etmək və hərbi imkanlarını genişləndirmək siyasəti ilə də əlaqəli ola bilər. O, Varşavanın milli maraqlarını Moskva ilə qarşıdurma ideyası ilə sıx əlaqələndirdiyini bildirib.
Sikorski daha əvvəl Polşanın Rusiya ilə mümkün münaqişəyə hazırlaşmalı olduğunu deyib. Nazir Rusiyadan gələn təhdidlər fonunda ölkəsinin çəkindirmə imkanlarını gücləndirməsinin vacibliyini vurğulayıb.
18:02 24.09.2026
Oxunuş sayı: 44