Ukrayna danışıqlarında yeni hərəkətlilik var
Ukrayna ilə bağlı danışıqlar prosesində müəyyən irəliləyişlərin olduğu bildirilib.
Crossmedia.az xəbər verir ki, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin birinci sədr müavini Aleksey Çepa bunu açıqlamasında deyib.
Çepanın sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Nyu-Yorkda ABŞ dövlət katibi Marko Rubio ilə görüşü və BMT-dəki çıxışı təmasların davam etdirilməsi baxımından müəyyən siqnal hesab oluna bilər.
Bundan əvvəl Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin ABŞ-yə danışıqlar aparmaq üçün yola düşdüyü bildirilib. Onun ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerlə görüşlər keçirəcəyi qeyd olunub.
Sentyabrın 23-də Lavrov və Rubio BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər. Tərəflər Rusiya-Ukrayna münaqişəsi və Rusiya-ABŞ münasibətlərini müzakirə ediblər.
12:15 24.09.2026
Oxunuş sayı: 47