Bakıda 51 min manatlıq oğurluq
Nizami rayonunda 51 min manatlıq oğurluq edənlər saxlanılıblar.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər- R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51000 manat olan 48 ədəd kombi aparatını talayıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
11:55 24.09.2026
Oxunuş sayı: 43