Zelenski–Tramp görüşü Ukraynada məyusluq yaradıb
Ukraynada prezident Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında Nyu-Yorkda keçirilən görüşün gözləntiləri doğrultmadığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
Nəşrin məlumatına görə, Kiyev görüşdən əvvəl bir sıra konkret razılaşmaların əldə olunacağına ümid edirdi. Lakin görüşün nəticələrinə əsasən, yekun qərarlar qəbul edilməyib və diplomatik irəliləyiş baş verməyib.
Bildirilir ki, Tramp Kiyev üçün əsas əhəmiyyət daşıyan bir sıra məsələlər üzrə dəqiq cavab verməyib. Belə ki, “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına dair lisenziyaların verilməsi ilə bağlı yekun qərar açıqlanmayıb.
Bundan başqa, “Starlink” peyk sisteminin Rusiya ərazisinə zərbələr zamanı istifadəsi məsələsini Tramp birbaşa İlon Maska yönləndirib. ABŞ lideri Moskvaya qarşı yeni sərt məhdudiyyətlərin tətbiqi ilə bağlı suala da konkret mövqe bildirməyib.
Qeyd edək ki, Tramp və Zelenski sentyabrın 22-də Nyu-Yorkda görüşüblər. Görüş təxminən 40 dəqiqə davam edib.
23:59 23.09.2026
Oxunuş sayı: 51